Qızılın qiyməti bu ilin birinci yarısında 12% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.

Hesabata görə, bu dövrdə qızıl ən gəlirli aktivlərdən biri olaraq qalıb.

Məlumata əsasən, qızılın qiyməti martın ortalarından mayın ortalarına qədər bir neçə dəfə tarixi maksimuma çatıb. Bu ilin ikinci rübündə qızılın bir unsiyası 2,3 min dollardan yuxarı ticarət edilib.

Qurum hesab edir ki, qızılın qiymətinin artmasına mərkəzi bankların alışı, Asiya investorlarının fəaliyyəti, geosiyasi gərginliklər və istehlakçı tələbi səbəb olub.

Bildirilib ki, qiymətli metalın bahalaşması davam edə bilər.

 

Gözəl Həşimova