Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı 2022-ci illə müqayisədə 38,8% artaraq 523,4 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 3,4 dəfə, tikinti gipsinin istehsalı 35,5 faiz, asfalt istehsalı 35,3 faiz, beton istehsalı 34,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 22,5 faiz, sement istehsalı isə 15,4 faiz artıb.

 

Gözəl Həşimova