Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,61% artaraq, 1 888 ABŞ dollarına bərabər olub.

Iqtisadiyyat.az-ın məlumatına görə, bu barədə APA birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 1,35% artaraq, 23,99 dollar təşkil edib.