Müxtəlif travmalarla 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib

Qarlı hava şəraiti ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib.  

"Son 2 gün ərzində müracitlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar", - məlumatda vurğulanıb.