Ötən il xarici ölkələrdə fəlsəfə doktoru elmi dərəcəsi alan Azərbaycan alimlərinin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Prezident yanında Ali Attestasiya Komissiyasına istinadən xəbər verir.

Xarici ölkələrdə 34 nəfərə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənəd 2023-cü il ərzində Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınıb.

Həmin şəxslərə elmi dərəcələr Türkiyə, Rusiya, Almaniya, Macarıstan, Ukrayna, Şimali Kipr, İtaliya, İsveçrə və Koreyada verilib.