Elm və Təhsil Nazirliyi ibtidadi və yuxarı sinif şagirdləri üçün yeni dərsliklərin istehsalını sifariş edib.

İqtisadiyyat.az xəbər verir ki, dərsliklər 1-4-cü, 5-7-ci, 8-9-cu və 10-11-ci siniflər üzrə istehsal olunacaq.

Nazirlik yeni vəsaitlərin çapını "Cn Poliqraf", "Çaşıoğlu Elm-İstehsalat", "Təhsil" Nəşriyyat Poliqrafiya, "Tuna", "Şərq-Qərb", "Radius", "Max Ofset" və "İndiqo" istehsalçı nəşriyyatlarına həvalə edib.

Bundan əlavə, "Şərq-Qərb" təhsil haqqında dövlət sənədləri blanklarını da istehsal edəcək.

Nazirliyin qeyd olunan şirkətlərlə bağladığı müqavilənin ümumi dəyəri 13,2 milyon manat təşkil edib.