"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ikinci günündə Azərbaycan daha bir medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Hacızadə Əlimurad “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qalib olub.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda finişə hamıdan birinci çatıb.

Turnir mayın 3-də başa çatacaq.