Bu gün Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.

İclas Gənclər və İdman Nazirliyinin inzibati binasında olub.

Hazırkı federasiya prezidenti Oqtay Əsədov növbəti 4 il müddətinə rəhbər seçilib.

Qeyd edək ki, Milli Məclisin keçmiş spikeri hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.