Opel-in ən çox satılan modellərindən biri olan Corsa, 6-cı nəsil ilə üzə çıxarılıb. Peugot 208 ilə eyni platformada çıxarılan avtomobil, ilk olaraq tam elektrikli versiyası ilə nümayiş edildi. Bu versiyada 330 km mənzilə sahib olan “Corsa-e”nin qaşıdakı günlərdə yarım benzin və dizel elektrik mühərrikli versiyaları da çıxarılacaq.

İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, tam elektriklə işləyən Opel “Corsa-e” 100km/saat sürəti 8.1 saniyəyə yığa bilir. Avtomobilin tavanına yerləşdirilən 50 kW-lik batareyalar “Corsa-e”yə 330 km məsafə qət etməyə imkan verir.

Peugot 208 ilə eyni platformada istehsal olunmasına baxmayaraq, hər iki avtomobilin nə daxili, nə də xarici görünüşündə oxşarlıq yoxdur. Hazırda oxşarlıq təkcə mühərrikdə dişli çarx olmasıdır.

6-cı modelin uzunluğunun 4.06 m, hündürlüyünün isə əvvəlki modelə nisbətən 48 mm alçaq olduğu açıqlanıb.