Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.

Bu barədə İqtisadiyyat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən tibb üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxova institutun direktoru, tibb elmləri doktoru Nüşabə Pənahova direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, A.Poluxova bu ilin martın 1-dən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun müalicə işlər üzrə müavini vəzifəsində çalışırdı və avqustun 31-dən isə direktor vəsifəsini icra edirdi.