Ötən il Azərbaycandan 195,1 milyon ABŞ dolları məbləğində 74,5 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə dəyər baxımından 22,3 milyon dollar az, həcm baxımından isə 9,1 % çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,58%-ni təşkil edib.

 

Gözəl Həşimova