Bakıda velosiped zolaqlarının bəzi ərazilərdə peşəkar formada salınmaması iddia olunub.
İqtisadiyyat.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Vətəndaş bildirir ki, velosiped zolağının bu cür formada salınması həm anlaşılmaz, həm də velosipedçilər üçün uyğunsuzdur.
"Bilən varsa, izah etsin ki, velosiped zolağı niyə park olunan avtomobillərin arxasından keçib getməlidir? Üstəlik, bu cür dönüş bucağı qoymaq hansı məntiqə sığır?" - deyə vətəndaş yazıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə mikromobillik zolağının təşkili istiqamətində işlər tam yekunlaşmayıb:
"Ərazidə tikinti işləri yekunlaşandan sonra mövcud problem kimi görünən məsələlər də həllini tapacaq".