Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 23 min 981,6 ton duru bitki yağları istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,4 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 30 min 635,6 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 19,4 % azdır.

Sentyabrın 1-nə ölkədə 3 min 290,3 ton duru bitki yağı ehtiyatı, 4 min 780 ton isə marqarin ehtiyatı yaranıb.