Ötən ay Azərbaycan 19,6 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-ci ilin eyni ayı ilə müqayisədə 609,9 min dollar çoxdur.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 1,72 %-ni təşkil edib.

 

Gözəl Həşimova