Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan "Marja"ya daxil olmuş məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 140 milyard 450 milyon ABŞ dollarına çatıb.

01.01.2019 - 01.04.2019 tarixlərində isə AÇG yatağından əldə edilmiş gəlirlər 2 milyard 243 milyon ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər  91 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 milyard 506 milyon ABŞ dollarına çatıb. ( Marja.az )