Azərbaycanın müharibə gedən ölkələr ilə bu ilin yanvar-aprel ayları üzrə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Ukrayna

Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 152,9 milyon dollar olub. Bu da ötən ilin analoji dövrünə nisbətən 44,5% çoxdur.

Rusiya

Bu ilin 4 ayında Azərbaycanın Rusiya ilə ticarət həcmi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,6% azdır.

İsrail

Cari ilin 4 ayında Azərbaycanla İsrailin ticarəti 634,8 milyon dollar olub. Bu göstərici illik müqayisədə 24,1% çoxdur.

Fələstin

Bu dövrdə Azərbaycanla Fələstinin ticarət dövriyyəsi isə göstərilməyib.

 

Gözəl Həşimova