Rusiyanın Moskva şəhərində 20 mindən çox insan qeydiyyatdan sonrakı sınaqlar çərçivəsində hər iki dozada koronavirusa qarşı peyvənd olunub.

Bu barədə şəhər merinin sosial inkişaf üzrə köməkçisi Anastasiya Rakova “Moskva-24”ə deyib.

O, qeydiyyatdan sonrakı peyvənd sınaqlarında iştirak edən 273 iştirakçının koronavirusa yoluxduğunu da qeyd edib.