İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Rusiya Federasiyasının nüvə doktrinası ilə bağlı suala cavab verərkən bildirib ki,  nüvə silahından istifadə barədə düşünmək belə istəmir.

İqtisadiyyat.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" çatdırıb.

“Uzaqdan belə nüvə enerjisindən hərbi məqsədlərlə istifadə etməyi düşünmək istəmirəm. Bu, sonun başlanğıcı olacaq”, - deyə italiyalı nazir əlavə edib.

Onun sözlərinə görə, İtaliya və Avropanın əksər ölkələri Ukraynadakı münaqişənin tez bir zamanda sona çatmasını dəstəkləyir.

Matteo Salvini həmçinin deyib ki, Roma Ukraynaya müdafiə üçün göndərilən silahların Rusiyanın ərazisində istifadə edilməsinə razı deyil.