Volodimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Nəşrin məlumatına görə, Ali Radadakı bütün siyasi partiyalar 2023-cü ildə Ukrayanda münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılıq verib.

Prezident seçkilərində Zelenskinin rəqibləri arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da olacaq. 

Volodimir Zelenski 2019-cu il mayın 20-dən Ukraynanın dövlət başçısı postuna keçib.