Məşhur britaniyalı aktrisa Meqqi Smit 89 yaşında vəfat edib

İqtisadiyyat.az bu barədə "BBC"yə istinadən xəbər verir.

Onun xəstəxanada dünyasını dəyişdiyi vurğulanıb.

Qeyd edək ki, aktrisa bir sıra rolları ilə yanaşı "Harry Potter" haqqında silsilə filmlərində və "Dauntaun abbatlığı" serialındakı obrazlarına görə də tanınırdı. 

Britaniyalı aktrisa 1969-cu ildə “Miss Jean Brody” filmində ən yaxşı aktrisa, 1978-ci ildə “Kaliforniya süiti” filmində ən yaxşı ikinci plan qadın roluna görə Oskar alıb.