"Əgər İran İsrailə hücum edərsə, eyni cavabı biz də verəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“İranda elə bir ərazi yoxdur ki, İsrailin ora əli çatmasın. Dünyaya bir mesajım var ki, biz qalib gəlirik!”,-deyə Netanyahu əlavə edib. 

Qeyd edək ki, Ərəb nümayəndə heyətləri Netanyahunun çıxışının əvvəlində etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər.