İranın Cənubi Xorasan ostanındakı Tabas kömür mədənində qaz partlayışında ölənlərin sayı 52 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İRNA məlumat yayıb.

***11:44

İranın Tabas şəhərindəki şaxtada baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi bildirib.

O əlavə edib ki, ölənlərin sayının artması istisna deyil.

***10:14

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində partayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Xorasan əyalətində böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi bildirib ki, partlayış 19 nəfərin həyatına son qoyub. 

O əlavə edib ki, 17 nəfər də xəsarət alıb.

Qeyd edək ki, Tabas kömür mədənində partlayış zamanı 69 fəhlə ərazidə işləyirmiş.