Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.
İqtisadiyyat.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Məlum səbəblərdən bu qarşılaşma Sumqayıtda keçirilib. Bol qollu matç Naxçıvan təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb.
Misli Premyer Liqası
8-ci tur
27 sentyabr
“Araz-Naxçıvan” – “Səbail” 3:2
Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 57-pen. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+2; 89.