Çin Parisdə 2 milyard avro dəyərində avro ilə dövlət istiqrazları (avrobond) yerləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Maliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2,517% dərəcəsi ilə üçillik avrobondların buraxılış həcmi 1,25 milyard avro, 2,738% dərəcəsi ilə yeddiillik istiqrazlar 750 milyon avro təşkil edib.

Qeyd olunub ki, Çin avrobondlarının emissiyası beynəlxalq investorların diqqətini cəlb edib. Məlumata görə, müraciətlərin həcmi 16,2 milyard avro təşkil edib ki, bu da elan edilmiş emissiya həcmindən səkkiz dəfə çoxdur.

İstiqrazlar Honq Konq Birjasında və "Euronext"də alqı-satqıya çıxarılacaq.

 

Sadiq Cavadov