2025-ci ildə Ukraynaya Qərb silahlarının tədarükü müttəfiqlər arasında pul çatışmazlığı səbəbindən təhlükə altındadır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, bəzi müttəfiqlər maliyyələşmədə çətinliklər yaşayır, digərləri isə Kiyevə maliyyə yardımını artırmaqdan imtina edirlər. Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 50 milyard dollar məbləğində kreditin verilməsi ilə bağlıdır.

Kiyevin müttəfiqləri hələ də bu sazişin yekun detalları üzərində bazarlıq edir. Nəşr qeyd edir ki, razılıq əldə olunmazsa, yekun məbləğ kifayət etməyə bilər.

Qeyd edək ki, "G7" liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə bu ilin sonuna qədər dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər.

 

Gözəl Həşimova