Amerikanın beşinci nəsil F-35A Lightning II qırıcılarından ibarət qrup NATO-nun "Ramstein Flag 2024" təlimində iştirak etmək üçün Yunanıstanın Andravida bazasına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.

Bildirilib ki, təlimlərə sentyabrın 30-dan oktyabrın 11-dək NATO-nun Müttəfiq Hava Komandanlığı rəhbərlik edəcək. Təlimlərdə Şimali Atlantika Alyansına üzv olan 12 ölkənin hərbi hava qüvvələri iştirak edəcək.

Qeyd olunub ki, "Ramstein Flag 2024" təlimi inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə sistemlərindən istifadə də daxil olmaqla NATO üzv ölkələrinin birgə döyüş imkanlarını təkmilləşdirmək məqsədi daşıyır.

 

Sadiq Cavadov