ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident seçkiləri kampaniyası çərçivəsində öz adını daşıyan yeni saat seriyasını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasında məlumat yayıb.

Qeyd edilib ki, “Trump Watches” adı ilə satışa çıxarılan saatların bəzi modelləri 100 min dollardır. Tramp tərəfdarlarına bu saatların Yeni il hədiyyəsi kimi ideal olacağını bildirib və satın almaq üçün link paylaşıb.

Saatların əksəriyyəti 499 dollara satılarkən, məhdud sayda olan "Tourbillon" seriyasının qiyməti 100 min dollar olaraq açıqlanıb. Üç fərqli rəngdə təklif olunan bu seriya yalnız 147 ədədlə məhdudlaşacaq. Bununla belə, Trampın saatların istehsalı və dizaynı ilə birbaşa əlaqəsi yoxdur.

Qeyd edək ki, Tramp 2024-cü il seçki kampaniyasına başladıqdan sonra adı və imici vasitəsilə milyonlarla dollar gəlir əldə edib.

 

Gözəl Həşimova