Son 48 saat ərzində Livandan İsrail ərazisinə 180-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) atılıb, hücumlar nəticəsində bir israilli yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"20 avqustda ərazilərimizə 130-dan çox raket və PUA atılıb. Bu gün isə 50-dən çox raket və PUA hücumları edilib. Onların bir çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bəziləri isə İsrail yaşayış məntəqələrinə düşərək yanğınlara səbəb olub. Həmçinin mülki evlərə birbaşa zərbələr edilib, nəticədə bu gün bir israilli yaralanıb", - deyə məlumatda qeyd olunub.

 

Sadiq Cavadov