"Avrozonada inflyasiya pik həddi ötüb, lakin Avropa Mərkəzi Bankı sərt pul siyasətini davam etdirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard Dünya İqtisadi Forumu çərçivəsində "Bloomberg"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı ciddi pul siyasətinə riayət etməyə davam edəcək:

"Avrozonada bəzi iqtisadi göstəricilər hələ o səviyyəyə çatmayıb ki, bank faiz dərəcələrini endirsin".

 

Gözəl Həşimova