Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Türkiyə və Suriyaya bir dolu təyyarə yardım göndərib.

İqtisadiyyat.az  "Daily Maill" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu içərisində çadır, ərzaq, yataq, uşaq yeməyi, süd və tibbi ləvazimatların olduğu yardımı Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən insanlar üçün təşkil edib.

Portuqaliyalı ulduzun maddi yardım da etdiyi bildirilir.