2023-cü il ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 808 milyon 104 min manat, icbari sığorta növləri üzrə 334 milyon 432 min manat sığorta haqqı toplanılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 22% və ya 160 milyon manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 37.8% və ya 91 milyon 681 min manat artıb.