Orta ixtisas təhsili üzrə tələbə köçürülməsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsil üzrə köçürülən tələbələrin nəticələri məlumdur.

Orta ixtisas təhsili üzrə köçürülməyə müraciət edən tələbələrin nəticələrinin növbəti həftələrdə açıqlanması nəzərdə tutulur.