Logo

Daha bir özəl məktəbdə koronavirusa YOLUXMA


Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb.

Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub. 

Təhsil Kompleksindən bildirilib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:

“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbdə də şagirdlər arasında koronavirus yayılmışdı.oxu.az

2021-10-13 16:38:00 100
Teqlər: