İqtisadiyyat.az xəbər verir ki, Kasko Butik layihəsinin rəhbəri Xəyal Məmmədxanlı “İnsurance Azerbaijan”a müsahibəsində bildirib ki, əmlak sığortası ilə də məşğul olacaqlar.

Onun sözlərinə görə, sığorta sektorunun bu sahəsində iş planı artıq çoxdan yaranıb. 

"Əslində çoxdan düşünmüşük, sadəcə olaraq layihənin elektron həyata keçirilməsi üçün imkan olmadığına görə müvəqqəti olaraq fasilə vermişik. Hər şey elektronlaşarsa, məlumat bazası elektron olaraq əlçatan olarsa, o zaman o sahədə də kreativ həllər yaradacağıq".  fins.az