İqtisadiyyat.az xəbər verir ki, ilkin məlumata görə, avtomobil məhdud saylı seriya ilə buraxılacaqdır. Ortamühərrikli Mole Contruzione Artigianale Almas tamamilə karbondan hazırlanacaqdır. Konsept daxili yanacaq mühərriki ilə təchiz ediləcəkdir. Lakin, avtomobilin konstruksiyasında kuzov panellərinin altına hidrogen yanacaq özəklərinin yerləşdirilməsi nəzərdə tutulub. İtalyanların Cenevrəyə hansı modifikasiyanı gətirəcəyi məlum deyildir.