İsrail Müdafiə Qüvvələri (IDF) aprelin 16-da ölkənin şimalındakı Qaliley bölgəsində təlimlər keçirəcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Çərşənbə axşamı günü Mərkəzi və Yuxarı Qalileydə (İsrailin şimalında, Livanla sərhədə yaxın ərazi) təlimlər keçiriləcək. Bu, İDF-nin bütün sektorlarda müxtəlif təhdidlərə hazırlığının artırılmasının bir hissəsidir", - məlumatda qeyd edilib. 

"Təlim zamanı ərazidə təyyarələrin, nəqliyyat vasitələrinin və çoxsaylı təhlükəsizlik qüvvələrinin sıx hərəkəti müşahidə olunacaq", - ordu əlavə edib.