İranda koronavirusa yoluxanların sayının artmasına görə sabahdan etibarən xüsusi avtomobillərlə 25 əyalətə giriş-çıxışa məhdudiyyət qoyulacaq.

Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

İran lideri Həsən Ruhani dünənki açıqlamasında bildirib ki, 25 əyalət üzrə 4 noyabrdan 13 noyabra qədər 10 gün müddətində məcburi olmayan iş yerləri 10 gün müddətinə bağlanacaq.

İran Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə 434 nəfərin öldüyünü açıqlayıb. Bununla da ölkə üzrə ölənlərin ümumi sayı 35,298-ə, yoluxanların sayı isə 620,491-ə çatıb.