Bu ilin ilk beş ayında 9 ölkədən 316 tondan çox diş fırçası İrana idxal edilib.

İqtisadiyyat.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı İran Gömrüyünün xarici ticarətlə bağlı statistikasında deyilir. 316 tondan çox diş fırçasının idxalı 4 milyon 133 min 818 dolların ölkədən çıxmasına səbəb olub.

Diş fırçaları Hollandiya, Oman, Çin, Cənubi Koreya, Türkiyə, Almaniya, İspaniya, Belçikadan İrana idxal olunub.

Diş fırçası ən çox Omandan (54 ton) 407 min 325 dollar dəyərində idxal edilib.

Qeyd edək ki, son vaxtlarda İranda güclü devalvasiyanın yaşanması və məhsulların qiymətlərinin bahalaşması nəticəsində qeyri-zəruri məhsulların idxal olunması heç də birmənalı qarşılanmır.