Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə İqtisadiyyat.az-a BNA-dan xəbər verilib.

Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.