“Ölkəmizdə bəzi sığortalar var ki, vətəndaş sığortalanır, lakin sığorta haqqının yarısını vətəndaş (işçi), yarısını isə işəgötürən (və ya dövlət ) ödəyir”.

Bunu sığorta eksperti İlkin İbrahimov deyib.

O bildirib:

1. İcbari tibbi sığorta üzrə 2% vətəndaş işçi ödəsə də, digər 2%-i işəgötürən ödəyir.

2. Aqrar sığorta üzrə sığorta haqqının 50%-ni vətəndaş (kəndli) ödəsə də, digər 50% sığorta haqqını dövlət öz üzərinə götürüb.

Ölkəmizdə bəzi sığorta növləri də vardır ki, bu sığorta növünün sığorta haqqını yalnız işəgötürən ödəyir.

Bunlar aşağıdakılardır:

1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta,

2. Hərbi qulluqçuların icbari şəxsi sığortası

3. Məhkəmə və hüquq-mühafizə orqanlarının icbari şəxsi sığortası

4. AR xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxsləri icbari şəxsi sığortası.fins