Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinə daha yüksək maaş verilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

İqtisadiyyat.Az xəbərinə görə, A.Cəfərov xatırladıb ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin maaşı müəyyən qədər artırılacaq.

Nazir müavinin sözlərinə görə, Azərbaycan hökuməti bu cür addımları mütəmadi atır: "Təbii ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılır".