"Xalq Sığorta" ASC-nin rəsmi "Facebook" səhifəsi haker hücumu nəticəsində oğurlanıb.

İqtisadiyyat.az xəbər verir ki, hazırda səhifədə şirkətlə əlaqəsi olmayan paylaşımlar edilir.

"Məlumat üçün bildiririk ki, "Xalq Sığorta" ASC-nin Facebook səhifəsinə haker hücumu nəticəsində səhifə oğurlanmışdır. Hazırda səhifədə olan paylaşımların "Xalq Sığorta" ASC ilə heç bir əlaqəsi yoxdur. Problemin tez bir zamanda aradan qaldırılması istiqamətində işlər aparılır", - deyə, ASC-nin məlumatında bildirilib.