Gürcüstanda son sutkada daha 18 nəfərə koronavirus diaqnozu qoyulub, 19 pasiyent isə sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 1 487-yə, sağalanların sayı isə 1 240-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 5 524, stasionar nəzarətdə isə 221 nəfər saxlanılır. Report