Fransanın yeni Baş naziri Qabriel Attal növbəti 5 il ərzində səhiyyə sisteminin inkişafı üçün əlavə 32 milyard avro ayrılacağını vəd edib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Onun sözlərinə görə, Fransa xəstəxanaları onilliklər ərzində kifayət qədər maliyyələşdirilməyib. Bildirilib ki, ölkə xəstəxanalarına və ümumilikdə səhiyyə sisteminə əhəmiyyətli investisiyalar qoyulmağa davam ediləcək.

 

Gözəl Həşimova