ABŞ-ın aparıcı avtomobil istehsalçısı - “Ford Motor” şirkəti 2022-ci ilə kimi Hindistanda avtomobil istehsalını dayandırmağı planlaşdırır.

Şirkət bu ölkədəki hər iki zavodunu bağlamaq niyyətindədir.

Belə ki, son 10 ildə Hindistanda istehsal “Ford”a 2 milyard dollardan çox əməliyyat zərəri gətirib.

Hindistanı tərk edəcəyini digər ABŞ şirkətləri “General Motors” və “Harley Davidson” da bəyan edib.