Ermənistanın Milli Təhlükəsizlik Xidməti silahlı hücumun olduğu polis bölməsinə basqın edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər.

***

18:00

Naməlum silahlı şəxslər İrəvanın Nor-Nork inzibati rayonunda yerləşən polis bölməsinə soxulublar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a polisdəki mənbə bildirib.

İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralılar var. TASS hələlik respublikanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı şərh ala bilməyib.