Ermənistanda daha 766 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 460-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 091-ə çatıb. İndiyədək 48 208 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 15 845 aktiv koronavirus xəstəsi var.report