Xəbər verdiyimiz kimi, dünən qanunsuz erməni birləşmələri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək , silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasına cəhd göstəriblər. Bu zaman qanunsuz hərbi birləşmələr və Azərbaycan Ordusu arasında atışma baş verib.

İqtisadiyyat.az bölgədəki son proseslərlə bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrənib. O qeyd edib ki, bu cür addımlar davam etdirilməlidir:

“Bu uzunmüddətli bir prosesdir. Biz terrorçuları, separatçıları təmizləmək üçün müəyyən addımlar atmalıyıq. Dünən baş verənlər də bu addımlardan biri idi. Hesab edirəm ki, bu proses davam etməlidir. Burada diplomatik həmlələri unutmamalıyıq. Elə addımlar atmalıyıq ki, proseslər əleyhimizə çevrilməsin. Hər halda bu proses bir günə başa çatan deyil və davamlı olaraq Azərbaycan orada öz hakimiyyətini möhkəmləndirməlidir”.

 

 

Məsələ ilə bağlı saytımıza danışan politoloq Zaur Məmmədov bildirdi ki, əgər həmin qüvvələr ərazimizi tərk etməsələr, bu proseslər davam edəcək:

“Ermənistan sülhə hazır deyil, cinayətləri davam etdirmək niyyətindədir. Bu dəfə Qərbi Zəngəzurdan sonra Qarabağa xüsusi missiya göndərmək istəyir. Lakin alınamayacaq, çünki bu Azərbaycan ərazisidir və buna Azərbaycan qərar verəcək. Bu cür cinayətkarlar layiqli cəzalarını necə alıblarsa, bundan sonra da alacaqlar. Əgər erməni hərbi birləşmələri bölgəni tez bir zamanda tərk etməyəcəklərsə, Azərbaycan onları güc yolu ilə başa salacaq. Laçın dəhlizinin girişində keçid mənqətəsinin olması labüddür”.