Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin göstəricisini 8,1% üstələyir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.