Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 535 928 nəfər artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.
Son 24 saat ərzində daha 7 246 nəfər koronavirusdan dünyasını dəyişib.
İndiyədək bütün dünyada ümumilikdə 46 366 931 nəfərdə koronavirus aşkarlanıb, 1 199 722 nəfər bu virusun qurbanı olub, 33 478 704 nəfər sağalıb.
11,688,505 aktiv koronavirus xəstəsi var ki, onlardan da 84 220-nin vəziyyəti ağır qiymətləndirilir.